“Mançester Siti” “Arsenal”la oyun öncəsi müdafiəçini itirib
26.03.2024 - 17:37
İngiltərə Premyer Liqasında "Mançester Siti" "Arsenal"la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, "şəhərlilər"in müdafiəçisi Manuel Akanji belə vacib oyunu buraxa bilər.
Futbolçu İsveçrə millisinin düşərgəsində zədələnib.
2023/2024 mövsümündə Manuel Akanji 34 rəsmi oyun keçirib və bu oyunda 4 qol vurub.
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçı martın 31-də keçiriləcək. Hazırda İngiltərə çempionatının turnir cədvəlində “şəhərlilər” üçüncü yeri tutur (63 xal), “topçular” isə liderdir (64 xal).
- Çempionlar Liqası: “Arsenal” məğlub oldu, “Barselona”dan qollu sülh
- “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri bəlli oldu
- UEFA-nın prezidenti Ronaldonu mükafatlandırıb
- Murat Dikmen: "Önəmli olan səhvlərimizdən dərs çıxarmaqdır"
- "Sumqayıt"ın baş məşqçisi: "Rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədik"
0
0