"Mançester Siti" "Bavariya"nın ulduzunu İSTƏYİR
08.01.2024 - 15:00
Almaniya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix İngiltərə Premyer Liqasının top-klubları arasında marağa səbəb olub.
Apasport.az bu barədə “The Mirror”a istinadla məlumat verir. Mənbə bildirir ki, "Mançester Siti" ulduz yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.
"Siti" futbolçunu yayda almağı planlaşdırır. İngiltərə çempionu Kimmixi almaq üçün təxminən 25 milyon avro ayırmağa hazırdır.
Qeyd edək ki, “Mançester Siti”nin yarımmüdafiəçi uğrunda mübarizədə rəqibləri “Mançester Yunayted” və “Liverpul”dur.
- Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
- İrəvanda bayrağımızı yandıran erməni beynəlxalq axtarışa verildi
- Milli Meksika və Braziliya ilə hazırlıq keçəcək
- Rəşad Eyyubov: "Onların uğurlarına inanıram, amma yeni məşqçi ilə" - MÜSAHİBƏ
- Millimiz bu növ üzrə Paris-2024-ə ən çox vəsiqə qazanan ölkələrdən biridir
0
0