“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın müdafiəçisi Natan Akenin satışına müsbət yanaşmır.
Daha əvvəl “şəhərlilər”in niderlandlı futbolçu ilə bağlı qış transfer pəncərəsində təklifləri nəzərdən keçirəcəyi gözlənilsə də, müdafiə xəttində yaşanan zədə böhranı bu planları dəyişib.
Apasport.az xəbər verir ki, “Milan” 30 yaşlı müdafiəçini transfer etməkdə maraqlıdır və artıq “Mançester Siti”yə rəsmi təklif göndərib. Ancaq İngiltərə klubunun rəhbərliyi və Qvardiola danışıqlara başlamaqdan imtina ediblər.
Natan Akenin “Mançester Siti” ilə müqaviləsinin müddətinin bitməsinə bir il yarım qalır. Onunla maraqlanan klublar arasında “Barselona”nın da adı hallanır.
- “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
- "Turan Tovuz" "Kəpəz"dən "5" aldı - YENİLƏNİB
- Azərbaycanın oğlan basketbolçulardan ibarət U-20 millisi Tbilisidə iki qələbə qazanıb
- Braziliya millisinin üzvü klubsuz qaldı