“Mançester Siti” müdafiəçisini ərəblərə satıb
27.08.2024 - 23:23
![“Mançester Siti” müdafiəçisini ərəblərə satıb](https://ww3.apasport.az/storage/news/2024/august/27/big/66ce27dbdd67b66ce27dbdd67c172478665166ce27dbdd67966ce27dbdd67a.jpg)
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Joao Kanselo Premyer Liqa təmsilçisini tərk edib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına transfer olunub.
Portuqaliya millisinin üzvü illik 15 milyon avro maaş qazanacaq. Onun satışı “şəhərlilər”i 25 milyon avro irəli salıb.
Ötən mövsümü icarə əsasında “Barselona”da keçirən Joao 4 qol vurub.
0
0