"Mançester Siti" Silvanın qiymətini açıqladı
05.07.2023 - 15:41
"Mançester Siti" bu yay yarımmüdafiəçi Bernardo Silvanı satmağa hazırdır.
Apasport.az saytı xəbər verir ki, İngiltərə klubu 28 yaşlı futbolçu üçün 99 milyon avro təklifi qəbul etməyi planlaşdırır.
Fransadan PSJ və Səudiyyə Ərəbistanının "Əl Əhli" komandaları portuqaliyalı futbolçunun transferində maraqlıdır.
Mançesterlilərlə 2025-ci ilin yayına kimi razılaşması olan oyunçunun Paris klubuna keçmək istədiyi bildirilir.
Qeyd edək ki, 2022/23 mövsümündə 54 oyunda iştirak edən Silva 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
- "Barselona" "Lester"in yarımmüdafiəçisini ala bilər
- Millimizin baş məşqçisi: “Gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”
- Cüdo üzrə Liqa yarışının III turu start götürüb - FOTO
- "Sumqayıt"ın futbolçusu Burundi millisinə çağırılıb
0
0