“Mançester Siti” Zinçenkonu satır
20.06.2022 - 00:33

“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı cinah oyunçusu “Everton”un maraq dairəsindədir.
“Mançester Siti” də Ukrayna millisinin üzvünü satmağın əleyhinə deyil. Ancaq “şəhərlilər” yalnız “Brayton”dan Mark Kukurellanı heyətinə qatarsa, Zinçenkonun gedişinə razılıq verəcək. Oyunçu ilə başqa klublar da maraqlanır.
Qeyd edək ki, Aleksandr Zinçenko 2016-cı ildən “Mançester Siti”də çıxış edir.
- Elias Xaralambus: “Qarabağ”a qarşı oynamaq bizim üçün çox çətin olacaq”
- Rəşad Sadıqov: “Azərbaycanda futbol tabloya görə qiymətləndirilir” - VİDEO
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
- Türkiyə klubu Qubada təlim-məşq toplanışında
- Messi yenidən Argentina millisində
0
0