“Mançester Siti”də yeni rekordçu
03.10.2022 - 11:16

Kevin de Bruyne “Mançester Siti”nin tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, belçikalı yarımmüdafiəçi assist sayında “şəhərlilər”in rekordçusu olub.
O, sabiq komanda yoldaşı David Silvanı keçib. Kevin “Mançester Yunayted” üzərində qələbəyə (6:3) iki məhsuldar ötürmə ilə töhfə verib. Onun hesabındakı assistlər 94-ə çatıb.
Belçikalı buna 218 oyunda nail olub. 93 məhsuldar ötürmə edən David 309 matç keçirib.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm 1 qol və 8 assistə imza atıb.
- Voyislav Stankoviç: "Neftçi" yaxşı futbolçunu asanlıqla buraxır" - Müsahibə
- Millimizin qapıçısı: “İstənilən yığma ilə mübarizə aparacaq gücdəyik”
- Ronaldo yenidən diqqət mərkəzində - 800 minlik saat
- Qonsalu Ramuş: "Ronaldo hamı ilə danışdığı kimi mənimlə də danışdı"
- Ronaldodan böyük üstünlük - Messi 3-cü sırada
0
0