“Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər
27.03.2024 - 17:59
![“Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər](https://ww3.apasport.az/storage/news/2024/march/27/big/660422d23cc51660422d23cc521711547090660422d23cc4f660422d23cc50.jpeg)
“Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uolker komandasının London “Arsenal”ı ilə növbəti matçını buraxa bilər.
Apasport.az “Sky Sports”a istinadən xəbər verir ki, Uolkerin "Arsenal"la oyunda iştirak edib-etməyəcəyi məlum deyil.
"Şəhərlilər"in tibb heyəti ingilis futbolçunu mövsümün ən vacib matçlarından birinə qədər ayağa qaldırmaq üçün əlindən gələni edir.
Qeyd edək ki, futbolçu İngiltərə millisində olarkən zədələnib.
0
0