“Mançester Yunayted” Lisandro Martinesin transferi üçün “Ayaks”la danışıqları yekunlaşdırmaq üzrədir.
Apasport.az saytının məlumatına görə, argentinalı müdafiəçinin İngiltərə klubuna keçidi artıq qaçılmazdır.
Tərəflər arasında ilkin anlaşmaya əsasən, Niderland klubu bu satışdan 50 milyon avro və əlavə bonuslar qazanacaq. “Qırmızı şeytanlar” 24-48 saat ərzində Martineslə müqavilə imzalamağa ümid edir. Razılaşdırılmalı olan son aspektlərdən biri transfer məbləğinin ödənilməsi şərtləridir.
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 36 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
- “Fənərbaxça”lı futbolçuya gecə həyatına görə xəbərdarlıq
- Lui van Qal: “Messini dünya çempionu etməli idilər və etdilər də”
- Türkiyə klubunun qapıçısı dağıntılar altında həyatını itirdi
- Adil Şükürov "Neftçi"yə getməsi barədə: "Heç bir çətinlikdən qorxmuram"
- Türkiyə nəhəngləri zəlzələ üçün birləşdilər - FOTO