"Mançester Yunayted" Erik ten Haqla yollarını ayırıb - Rəsmi
28.10.2024 - 16:04

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" baş məşqçisi ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi bu mövsüm 9 oyunda 3 qələbə, 2 heç-heçə, 4 məğlubiyyətlə yadda qalan Erik ten Haqla vidalaşıb.
Bildirilib ki, hollandiyalı çalışdırıcının yerinə müvəqqəti məşqçi vəzifəsini Ruud van Nistelroy yerinə yetirəcək.
Qeyd edək ki, Erik ten Haq 2022-ci ildən "Mançetser Yunayted"də çalışırdı.
- "Arsenal"ın hücumçusundan "Barselona"ya rədd cavabı
- “Zirə”də yeni müqavilə - braziliyalı hücumçu ilə
- Skaloni argentinalı jurnalistlərə əsəbləşdi: "Niderlandın tərəfindəsiz?"
- “Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa..." - Müsahibə
- "Barselona" Kanselonu "Siti"yə qaytarmaq istəmir
0
0