"Mançester Yunayted" gənc futbolçu üçün 85 milyon avro təklif edir
09.06.2024 - 13:00

"Benfika"nın yarımmüdafiəçisi Joao Neveş karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" 19 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" gənc oyunçu üçün 75 milyon avro təzminat və 10 milyon avro bonus ödəməyə hazırdır.
Qeyd edək ki, Joao Neveş "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü başa çatan mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA Merih Demirala qarşı araşdırma başlatdı
- Abdulla Xaybullayev: "Məğlubiyyət hamımız üçün gözlənilməz oldu" - Müsahibə
- “Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”
- “Viktoriya”nın kapitanı: “Qarabağ”ı qəzəbləndirmək istəyirdik”
- Evdə avtoqol varsa, qələbə bizimdir - STATİSTİKA
0
0