“Mançester Yunayted” Meyson Qrinvudu icarəyə verməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, 21 yaşlı hücumçunun xidmətində İspaniya, İtaliya və Türkiyə klubları maraqlıdır.
Qız dostunu zorlamaqda ittiham olunduqdan sonra 2022-ci ilin yanvarından komandanın əsas heyətindən uzaqlaşdırılan ingilis futbolçu da klubunu dəyişmək arzusundadır. Bu ilin fevralında hücumçunun üzərindəki bütün ittihamlar götürülsə də, “Mançester Yunayted” vəziyyətlə bağlı daxili araşdırma apardığı üçün onu heyətə qaytarmayıb.
Qeyd edək ki, Qrinvudun mankunianlılarla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
- Arveladze "Neftçi"də ona rahat olan mövqeni açıqladı
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Qomes pul səpdi, Martines Mbappeni ələ saldı - FOTO
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- Kurban Berdiyev: “Artıq yoruldum deməkdən ki…”