"Mançester Yunayted" "Trabzonspor"un forvardı ilə maraqlanır
11.01.2026 - 17:17
"Mançester Yunayted" hücumçu axtarışlarını davam etdirir.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın maraqlandığı futbolçulardan biri də Türkiyədə çıxış edir.
İngilislər "Trabzonspor" və Nigeriya millisinin hücumçusu Paul Onuaçu ilə yaxından maraqlanır.
Onlar mövsümün sonunda nigeriyalı forvardı transfer etmək üçün Qaradəniz klubuna rəsmi müqavilə təklif edəcək.
Onun “Trabzonspor”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Paul karyerası ərzində “Midtyulland”, “Veyle”, “Genk”, “Southempton” klublarının formasını geyinib
- Azərbaycan Kuboku: Yarımfinalın oyun cədvəli bəlli oldu
- Millətlər Liqası: İtaliya Türkiyəni darmadağın etdi - YENİLƏNİB
- Rahid Əmirquliyev: "Qarabağ" hələ tam hazır deyil" - MÜSAHİBƏ
- “Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər
- "Kəpəz"in "Araz-Naxçıvan"la oyunu ləğv edildi
0
0