
“Mançester Yunayted”in futbolçusu Aaron Van-Bissaka klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi yenidən “Kristal Pelas”da çıxış etməyə yaxındır.
Mançesterlilər onu icarəyə vermək niyyətindədir. “Qırmızı şeytanlar” artıq onun mövqeyinə müdafiəçi axtarışına da başlayıb.
Cari mövsüm şans qazanmayan Van-Bissakanın mövqeyində Dieqo Dalot şans qazanıb. Klub rəhbərliyi Toma Menye və ya Serjnyo Desti almaq fikrindədir.
Qeyd edək ki, 24 yaşlı Aaron 2019-cu ildə “Kristal Pelas”dan 55 milyon avroya transfer olunub. Onun anlaşması 2024-cü ilin yayında başa çatacaq.
- "Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
- “Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
- “Araz-Naxçıvan”ın futbolçusu zədəsini sağaldıb
- Rüfət Abbasov: "Turan Tovuz"la bizi çətin görüş gözləyir"
- Cavid Hüseynov: “Üzərində işləməli olduğumuz çox şey var”