"Mançester Yunayted" yeni hücumçu almaq istəyir
27.03.2024 - 15:18
!["Mançester Yunayted" yeni hücumçu almaq istəyir](https://ww3.apasport.az/storage/news/2024/march/27/big/6603fde29e9516603fde29e95217115376346603fde29e94f6603fde29e950.jpeg)
"Mançester Yunayted" yeni hücumçu almaq istəyir.
Apasport.az xəbər verir ki, Rasmus Hoilunda alternativ axtaran "Mançester Yunayted"in "Brentford"da çıxış edən İvan Tonini heyətinə qatmaq istədiyi ilə bağlı məlumat yayılıb.
2020-ci ildən "Brentford"da çıxış edən 28 yaşlı futbolçu bu mövsüm 10 matçda meydana çıxıb və 4 dəfə fərqlənib.
Qeyd edəki, İvan Toni ilə daha öncə “Arsenal” və “Çelsi” də maraqlanırdı.
0
0