“Mançester Yunayted”də narazılıq dalğası
03.11.2023 - 10:22
![“Mançester Yunayted”də narazılıq dalğası](https://ww3.apasport.az/storage/news/2023/november/03/big/654491da2fc6e654491da2fc6f1698992602654491da2fc6c654491da2fc6d.png)
"Mançester Yunayted"in futbolçularının komandanın baş məşqçisi Erik Ten Haqın iş üsullarından narazılığı artıb.
Apasport.az xəbər verir ki, oyunçular artıq bir-birindən də narazılıq nümayiş etdirməyə başlayıblar.
Komandanın bəzi futbolçuları hesab edirlər ki, Ten Haq açıq olmasa da, üstüortülü şəkildə ayrı-seçkilik edir. O, digərlərini tənqid edərkən, bəzi futbolçuları müdafiəsindən də çəkinmir.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
0
0