“Mançester Yunayted”dən 20 yaşlı hücumçu ilə 5 illik müqavilə
04.08.2023 - 10:46

“Mançester Yunayted” heyətinə yeni hücumçu qatıb.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi Rasmus Hoylundla 5 illik müqavilə imzalayıb.
20 yaşlı danimarkalı İtaliya “Atalanta”sından komandaya cəlb edilib. Müqavilənin detallarına əsasən, forvard özünü yaxşı tərəfdən göstərərsə razılaşmanın müddəti daha bir il uzadıla bilər.
Qeyd edək ki, 116 rəsmi oyunda meydana çıxan gənc hücumçu 44 qol və 12 assistlə yadda qalıb.
- Qurban Qurbanov: "Onlar qalib gəlibsə, demək bizdən üstün idilər"
- Elmar Baxşıyev: “Komanda oyundan oyuna güvəni qaytaracaq”
- “Sürix”in kapitanı: “Cavab oyununa uğurlu start çox önəmlidir”
- “Real Madrid” iki yarımmüdafiəçi ilə maraqlanır
- Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOLENT
0
0