“Mançester Yunayted”dən 42 milyonluq təklif
31.07.2022 - 00:40
“Mançester Yunayted” Sergey Milinkoviç-Saviçn transferi ilə bağlı “Latsio”ya təklif göndərəcək.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 27 yaşlı yarımmüdafiəçi üçün 42 milyon funt sterlinq ödəməyə razıdır.
İtaliya klubunun bu təklifi rədd edəcəyi gözlənilir. Çünki romalılar Sergeyin keçidindən daha çox qazanmağı planlaşdırır. “Latsio” 60 milyon funtluq təklif gözləyir.
Qeyd edək ki, serb futbolçunun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin olunub
- "Şamaxı" rəsmən açıqladı - "ZİRƏ"NİN İSTƏDİYİ LEGİONER KOMANDANI TƏRK ETDİ
- “Sürix”in ulduz futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
- Premyer Liqada növbəti rekord - Bu dəfə “Neftçi”dən
- Ölkə birinciliyi: 5 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO
0
0