“Mançester Yunayted”dən 95 milyonluq transfer
01.09.2022 - 16:56
![“Mançester Yunayted”dən 95 milyonluq transfer](https://ww3.apasport.az/storage/news/2022/september/01/big/6310ac0d5e8d96310ac0d5e8da16620370056310ac0d5e8d76310ac0d5e8d8.jpg)
Antoninin “Mançester Yunayted”ə keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
“Ayaks”ın vingeri ilə 5+1 illik müqavilə imzalanıb. Transfer 95+5 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, Antoni 2020-ci ildən “Ayaks”da çıxış edir. O, Amsterdam təmsilçisində 82 matçda 24 qol vurub.
0
0