“Mançester Yunayted”dən antirekord
21.09.2023 - 14:51

“Mançester Yunayted” antirekordunu təkrarlayıb.
Apasport.az saytı xəbər verir ki, “Qırmızı şeytanlar” 44 ildən sonra ilk dəfə ardıcıl üç oyunda 3 qol buraxıb.
Erik ten Haqın komandası Premyer Liqada "Arsenal" (1:3) və "Brayton"la (1:3), Çempionlar Liqasında isə "Bavariya" ilə (3:4) görüşdə qapısında 3 qol görüb. Mankunyanlar sonuncu dəfə 1978/79 mövsümündə belə zəif nəticə göstəriblər.
Qeyd edək ki, “Bavariya”ya məğlubiyyət “Mançester Yunayted”in cari mövsümdə keçirdiyi 6-cı oyunda 4-cü uğursuzluğu oldu.
- "Qarabağ"a məğlubiyyətin ağır nəticəsi: Baş məşqçi istefa verdi
- "Fənərbaxça" - "Olimpiakos" matçı Avropa mətbuatında
- Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”
- "Qarabağ" "Ludoqorets"ə məğlub olarsa...
- Təmsilçimiz “Uzbekistan Open”in qalibi olub
0
0