“Mançester Yunayted”dən antirekord
17.05.2025 - 13:52
“Mançester Yunayted”dən antirekord

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXVII turunda “Çelsi”yə uduzub – 0:1.

Apasport.az xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın bu mövsümkü 18-ci məğlubiyyətidir.

“Mançester Yunayted” 1992/93 mövsümündən bəri ən pis nəticəsini bu il göstərib.

Qeyd edək ki, komanda 39 xalla 16-cı sıradadır.