“Mançester Yunayted”dən “Borussiya”ya təklif
08.12.2023 - 17:51

“Mançester Yunayted” və Dortmund “Borussiya”sı futbolçularını dəyişdirə bilər.
Apasport.az xəbər verir ki, İngiltərə klubu cinah yarımmüdafiəçisi Ceydon Sançonu yarımmüdafiəçisi Doniel Malenə dəyişmək istəyir.
Mançesterlilər 24 yaşlı niderlandlının transferində maraqlıdır. Onun üçün “Borussiya”ya 30 milyon avro və ya sabiq oyunçusu Sanço təklif olunacaq.
Qeyd edək ki, Malen 2021-ci ilin yayından Dortmund klubunda çıxış edir. Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 19 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Ronaldo daha bir mükafata namizəd oldu
- Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ
- "Neftçi" yeni müdafiəçi transfer edib
- Polşadan uğursuz seriya: Penaltilər onlarlıq deyil
- Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçu qatılacaq"
0
0