"Mançester Yunayted"dən yeni müqavilə
25.09.2023 - 12:13
"Mançester Yunayted" daha bir futbolçusu ilə müqaviləni yeniləyir.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçi Hannibal Mejbrinin komandada qalmasını istəyir.
20 yaşlı tunisli futbolçunun Mançester klubu ilə razılaşması bu mövsümün sonunda bitir. Hazırda Mejbrinin agenti ilə danışıqlara başlayan “mankunyanlar“ onun uzun müddət komandaya xidmət etməsini planlaşdırırlar.
Qeyd edək ki, 2022-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan Hannibal bu mövsüm 3 matçda iştirak edib və 1 dəfə fərqlənib.
- Millilərimiz Türkiyədə keçiriləcək turnirdə iştirak edəcəklər
- AAF-nin vitse-prezidenti Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirak edib
- Aftandil Hacıyev: "Yerli mütəxəssislərə qarşı antipatiya var"
- “Dalğa Arena”da qollu sülh - YENİLƏNİB
- Təmsilçilərimizin ÇL-dəki rəqibləri bəlli olub
0
0