“Mançester Yunayted” bu yay hücumçusu Kriştiano Ronaldonu buraxmaq fikrində deyil.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Portuqaliya millisinin kapitanına öz tələbini çatdırıb.
Premyer Liqa təmsilçisi 37 yaşlı superulduzun müqaviləyə sadiq qalmasını istəyib. Çünki rəhbərlik yeni hücumçu transferini gələn ilin yayında reallaşdırmağı planlaşdırır. Hələ də komandanın təlim-məşq toplanışına qatılmayan Ronaldo isə Çempionlar Liqasında iştirak edən klublardan birinə keçmək niyyətindədir.
Qeyd edək ki, ötən mövsüm 39 oyunda 24 qol vuran Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.
- "Liverpul" "Bavariya"nın futbolçusu üçün Niderlanda nümayəndə göndərdi
- PSJ-dən 25 milyonluq satış
- Stolüstü tennisçilərimiz Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar
- "Braqa"nın çalışdırıcısı: “Qarabağ”la oyunumuz çox çətin olacaq”
- Avropa Super Liqa layihəsi 2025-ci ilin yayında reallaşacaq