"Mançester Yunayted"in satışı iyuna saxlanıldı
12.03.2023 - 14:26
!["Mançester Yunayted"in satışı iyuna saxlanıldı](https://ww3.apasport.az/storage/news/2023/march/12/big/640daa1acd54d640daa1acd54e1678617114640daa1acd54b640daa1acd54c.jpg)
Qleyzer ailəsi “Mançester Yunayted”in satışını yaya qədər təxirə salıb.
Apasport.az xəbər verir ki, əvvəlcə klubun satışının 2023-cü ilin birinci rübündə və ya aprelin sonunda olması planlaşdırılırdı. İndi isə iyun ayı məqbul təklif almaq şərti ilə daha real vaxt çərçivəsi hesab olunur.
Qleyzerlər ən azı 5 milyard funt sterlinq istəyirlər və Şeyx Casim bin Həməd Əl-Tani və Ser Cim Ratkliffin təklifləri hazırda bu təxmindən aşağıdır.
0
0