Mane "Əl-Nəsr"i icarə əsasında tərk edə bilər
20.08.2024 - 12:30
![Mane "Əl-Nəsr"i icarə əsasında tərk edə bilər](https://ww3.apasport.az/storage/news/2024/august/20/big/66c45474e37dd66c45474e37de172414270866c45474e37db66c45474e37dc.jpg)
“Əl-Nəsr”in hücumçusu Sadio Mane tezliklə klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, Mane mövsümün sonuna qədər icarə əsasında “Əl-İttihad”a keçə bilər.
32 yaşlı forvardın "Əl-Nəsr"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı futbolçunu 15 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, seneqallı ötən ilin avqustunda "Bavariya" ilə yollarını ayırdıqdan sonra Səudiyyə Ərəbistanına köçüb.
0
0