Mane: “Ən yaxşı cavabı sabah verəcəm”
27.05.2022 - 11:50
“Liverpul”dan gedəcəyi ilə bağlı xəbərlər yayılan Sadio Mane gələcək karyerası ilə bağlı sualı cavablandırıb.
Apasport.az saytının məlumatına görə, seneqallı hücumçu Çempionlar Liqasının sabah keçiriləcək final matçını düşündüyünü açıqlayıb.
O bildirib ki, əsl cavabı “Real”la həlledici matçda verəcək: “İndi yalnız onu deyə bilərəm ki, tamamilə sabahkı matça köklənmişəm. Bu, Çempionlar Liqasının finalına qədər verməli olduğum cavabdır. Ən yaxşı cavabı isə sabah verəcəm. Eşitmək istədiyiniz cavabı”.
Qeyd edək ki, Manenin “Bavariya”ya keçəcəyi gözlənilir.
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
- İsgəndər Əsgərov "Beşiktaş"ın Avropa Kuboku matçına təyinat alıb
- Əsrin bombardir müdafiəçiləri - SİYAHI
- Hindistanlı, qırğızıstanlı və mavritaniyalı var, azərbaycanlı yoxdur – futbolmuzun durumu
- "Real" ispaniyalı üçün 50 milyon ödəyəcək
0
0