Manuel Noyer milli komanda karyerasını bitirib
21.08.2024 - 17:27
![Manuel Noyer milli komanda karyerasını bitirib](https://ww3.apasport.az/storage/news/2024/august/21/big/66c5eb2dbe75966c5eb2dbe75a172424682966c5eb2dbe75766c5eb2dbe758.jpg)
Almaniya milli komandasında daha bir ayrılıq gerçəkləşib.
Apasport.az xəbər verir ki, 38 yaşlı canlı əfsanə Manuel Noyer yığma ilə vidalaşıb.
2024-cü ildə Almaniyada təşkil olunmuş Avropa Çempionatında İspaniyaya qarşı oynanan 1/4 final qarşılaşması onun milli karyerasında son matç kimi tarixə düşüb.
Qeyd edək ki, bir neçə gün əvvəl İlkay Gündoğan da artıq Almaniya millisində oynamayacağını açıqlamışdı.
0
0