Mario Balotelli İtaliya klubunda - Rəsmi
29.10.2024 - 10:38
![Mario Balotelli İtaliya klubunda - Rəsmi](https://ww3.apasport.az/storage/news/2024/october/29/big/672082eb06bb9672082eb06bba1730183915672082eb06bb7672082eb06bb8.png)
İtaliyalı hücumçu Mario Balotelli karyerasını A Seriyasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 34 yaşlı futbolçu “Cenoa” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla 1 illik müqavilə imzalanıb.
Balotellinin son ünvanı Türkiyədə “Adana Demirspor” olub.
Hücumçu daha əvvəl ölkəsində “İnter”, “Milan”, “Breşiya”, “Montsa”, Fransada “Nitsa”, İngiltərədə “Liverpul”, “Mançester Siti”, İsveçrədə “Sion” kimi komandaların formasını geyinib.
0
0