Markus Reşforda 5 müştəri
20.12.2024 - 00:50
![Markus Reşforda 5 müştəri](https://ww3.apasport.az/storage/news/2024/december/20/big/6764878120239676487812023a173464153767648781202376764878120238.jpg)
"Mançester Yunayted"də ayrılıq yaşanmağa yaxındır.
Apasport.az xəbər verir ki, Markus Reşford komandanı tərk etmək üzrədir.
Futbolçunun hazırda Səudiyyə Ərəbistanından təklifləri var. Onunla ölkənin 5 klubu maraqlanır. "Əl-İttihad", "Əl-Hilal", "Əl-Nəsr", "Əl-Əhli" və "Əl-Kadisiya" Reşfordu heyətinə qatmaq niyyətindədir.
Lakin Markus karyerasını Avropada davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, Reşfordun "Mançester Yunayted"lə 2028-ci ilin yayına kimi müqaviləsi var.
0
0