“Marsel” - “Lion” oyununun vaxtı dəqiqləşdi
02.11.2023 - 18:48
Təxirə salınmış “Marsel” – “Lion” oyununun vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, Fransa çempionatının 10-cu turu çərçivəsində oktyabrın 29-da keçirilməli olan matç dekabrın 6-da baş tutacaq.
Matçın təxirə salınmasına səbəb “Lion” avtobusunun maskalı azarkeşlərin hücumuna məruz qalması olub. Hadisə zamanı baş məşqçi ağır zədə alıb.
Qeyd edək ki, “Lion"un baş məşqçisi Fabio Qrossoya 13 tikiş vurulub. Onun vəziyyəti hazırda qənaətbəxş sayılır.
- Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib
- Joze Mourinyo: “Bugünkü nəticə ədalətli oldu”
- Olimpiada start götürdü – Azərbaycanın iki komandası qələbə ilə başladı
- "Sumqayıt"ın baş məşqçisi: "Hədəfimiz ilk pilləni tutub "A" Liqasına yüksəlməkdir"
- “Real”ın prezidenti: “Bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.
0
0