“Marsel”in yeni transferi zədələndi
23.08.2023 - 10:39
![“Marsel”in yeni transferi zədələndi](https://ww3.apasport.az/storage/news/2023/august/23/big/64e5a8f8b7cb364e5a8f8b7cb4169277260064e5a8f8b7cb164e5a8f8b7cb2.webp)
“Marsel” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisinin futbolçusu Joffre Kondoqbya zədələnib.
Çempionatın II turunun “Mets”lə görüşündə xəsarət alan yarımmüdafiəçi 6 həftə meydanlardan kənar qalacaq. 30 yaşlı futbolçu bu yay “Atletiko”dan “Marsel”ə keçib. Onun müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, futbolçu ötən mövsüm “Atletiko”da 27 matç keçirib.
0
0