Martinez Maradonaya çatıb
20.11.2024 - 11:59
![Martinez Maradonaya çatıb](https://ww3.apasport.az/storage/news/2024/november/20/big/673d975dcacc1673d975dcacc21732089693673d975dcacbf673d975dcacc0.jpg)
Argentina millisi DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Perunu məğlub edib – 1:0.
Apasport.az xəbər verir ki, “tanqoçular”ın yeganə qolunu Lautaro Martinez vurub.
Forvard yığmada qollarının sayını 32-yə çatdırıb. O, bu göstəricidə mərhum oyunçu Dieqo Maradonaya çatıb.
Argentina millisinin bombardiri isə 112 qolla Lionel Messidir.
0
0