Mateuş Kunya rəsmən "Mançester Yunayted"də
12.06.2025 - 17:09
Mateuş Kunya rəsmən "Mançester Yunayted"də

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Qırmızı şeytanlar" "Vulverhempton"dan Mateuş Kunyanı rənglərinə bağlayıb.

26 yaşlı braziliyalı hücumçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Həmçinin sözləşmədə əməkdaşlığı daha bir il davam etdirmək maddəsi də yer alıb.