Mbappe "el-klassiko"da iştirak edəcək?
22.04.2025 - 15:03

“Real Madrid”in hücumçusu Kilian Mbappe tezliklə meydanlara qayıdacaq.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, fransalı forvard La Liqada “Xetafe” ilə matçı buraxsa da, İspaniya Kubokunun finalında “Barselona” ilə qarşılaşmada iştirak edə biləcək.
Qeyd edək ki, Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab matçında topuğundan zədələnmişdi.
O, bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Barselona” - “Real” oyunu aprelin 26-da keçiriləcək.
0
0