Mbappe “Monako”ya 35 milyon qazandırdı
24.05.2022 - 00:34
Kilian Mbappenin PSJ ilə müqavilə imzalanmasından “Monako” da qazanacaq.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi yeni anlaşma üçün “Knyazlıq klubu”na 35 milyon avro ödəyəcək.
Bu, 23 yaşlı hücumçunun keçidi ilə bağlı müqavilənin şərtlərinə əsasən mümkün olub. Belə ki, həmin sənəddə bu məbləğin Mbappe başqa kluba keçəcəyi və ya PSJ ilə anlaşmanı uzadacağı halda “Monako”ya çatması barədə bənd yer alıb.
Qeyd edək ki, PSJ Kilianı 2017-ci ildə sonradan almaq öhdəliyi ilə icarəyə götürüb.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO
- “Fənər” Kerem Aktürkoğlu transferindən imtina etdi
- "Arsenal"ın sabiq futbolçusu II Liqa klubunda - RƏSMİ
- Premyer Liqa klubunda yeni müqavilə
0
0