Mbappe "Qızıl top" sorğusunda kimə səs verəcəyini açıqladı
07.10.2023 - 15:58

Kilian Mbappe 2022/23 mövsümü üçün "Qızıl top" sorğusunda kimə səs verəcəyini açıqlayıb.
Apasport.az xəbər verir ki, PSJ-nin hücumçusunun favoriti argentinalı Lionel Messidir.
“Qızıl top” sorğusunda Leo Messiyə səs verəcəyəm. Fərdi olaraq o, ilin ən yaxşı oyunçusu idi və bu mükafata layiqdir” deyə 24 yaşlı futbolçu bildirib.
Mbappe və Messi 2021-2023-cü illərdə PSJ-də birgə çıxış ediblər. Bu ilin iyulunda 36 yaşlı argentinalı "İnter Mayami"yə keçib.
Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da Parisdə keçiriləcək.
- Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
- Azərbaycan antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsinə rəhbərlik edir
- "Qalatasaray" rəsmisi "Səbail" - "Qarabağ" oyununu izləyib - FOTO
- Azərbaycan boksçuları Avropa Oyunlarını “Top-7”də başa vurub
- Almaniya AÇ-yə darmadağınla başladı - YENİLƏNİB
0
0