![Mbappe "Real"la müqavilə imzaladı](https://ww3.apasport.az/storage/news/2024/april/05/big/660fb46449c7b660fb46449c7c1712305252660fb46449c79660fb46449c7a.jpg)
Ulduz hücumçu Kilian Mbappe ilə "Real" arasında müqavilə imzalanıb.
Apasport.az “Marca” qəzetinə istinadən xəbər verir ki, tərəflər bütün sənədləşmə işlərini 2024-cü ilin fevral ayının ilk həftəsində tamamlayıb. Müqavilə 5 il müddətinə qüvvədədir.
Cari mövsümün sonuna kimi 25 yaşlı fransalı PSJ-də çıxış edəcək. Daha sonra hücumçu azad agent kimi “kral klubu”nun sıralarına qoşulacaq.
Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.
Qeyd edək ki, bu mövsüm Mbappe 39 matçda iştirak edib, 39 qol vurub və 8 məhsuldar ötürmə edib. Paris nəhəngləri ilə birlikdə hücumçu 13 kubok qazanıb.