Mbappe yerinə Saka
07.03.2024 - 21:13
PSJ mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Kilian Mbappenin alternativini tapıb.
Apasport.az xəbər verir ki, Paris təmsilçisi "Arsenal"da çıxış edən Bukayo Sakanı transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Fransa klubu 22 yaşlı vinger üçün London təmsilçisinə 140 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
- Azərbaycan Şahmat Federasiyası uşaq evini ziyarət edib
- Cavid Qurbanov: “Ordumuzun şücaəti sayəsində biz Xankəndinin mərkəzində yarış keçiririk”
- Zidan və Enrike Portuqaliya millisinə namizəd oldular
- Cazibədar voleybolçu "Dinamo Moskva"da qalır - FOTOLAR
0
0