Mbappedən yeni rekord
09.02.2025 - 10:15
"Real Madrid"in hücumçusu Kilian Mbappe “qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu olub.
Apasport.az xəbər verir ki, 26 yaşlı forvard “Atletiko” ilə matçın ikinci hissəsində hesabı bərabərləşdirərək bu həddə çatıb.
Həmin yaşda Neymar 492, Lionel Messi 486, Kristiano Ronaldo isə 302 xalla yadda qalıb.
Bu mövsüm fransalı 34 matçda 22 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı sülhlə yekunlaşıb və "Real" turnir cədvəlindəki liderliyini qoruyub.
- Minifutbol üzrə Avropa Çempionatı bu ölkədə keçiriləcək
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
- “Qarabağ”ın oyunu təxirə salındı
- "Milan" danimarkalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir
- Ramin Quliyev: "Arif Əsədov qısa vaxtda nəyisə dəyişə bilib, lakin..."
0
0