Mehmet Aurelio “Fənərbaxça”ya qayıtdı - MƏŞQÇİ KİMİ ÇALIŞACAQ
03.01.2026 - 18:21
Mehmet Aurelio “Fənərbaxça”nın akademiyasında çalışacaq.
Apasport.az xəbər verir ki, Braziliya əsilli türkiyəli mütəxəssis İstanbul təmsilçisinin U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Mehmet Aurelio futbolçu karyerası ərzində 2003–2008-ci illərdə “Fənərbaxça”nın formasını geyinib.
- Qurban Qurbanov: “Yerli futbolçu əcnəbidən geri qalırsa…”
- Elçin Məmmədov "Fənərbaxça" - "Mançester Yunayted" matçına təyinat alıb
- “Quba”nın basketbolçusu: “Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır”
- "Fənərbaxça" Ardanın transferini rəsmiləşdirib
- “Zirə” Tovuz səfərindən 1 xalla qayıdıb - YENİLƏNİB
0
0