Merih Demiralın evi qarət olundu
28.12.2022 - 16:34
İtaliyanın “Atalanta” klubunun futbolçusu Merih Demiralın evi qarət olunub.
Apasport.az saytı xəbər verir ki, oğrular oyunçunun Berqamo şəhərindəki mənzilinin qapı və pəncərələrini qıraraq dəyərli əşyalarını, həmçinin külli miqdarda pulunu aparıblar.
Ailəsi ilə birlikdə Türkiyədə tətildə olan Demiral qarət xəbərindən sonra təcili İtaliyaya qayıdıb.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi “Yuventus”dan “Atalanta”ya 20 milyon avroya transfer edilib. Futbolçu komandasının heyətində iki mövsümdə 55 oyunda iştirak edərək 3 qol və eyni sayda qol ötürməsi ilə yadda qalıb.
- Pike və Şakira evlərini 14 milyona satışa çıxardılar
- Çempion taekvondoçumuz: "Avropa çempionatından qızıl medalla dönəcəyimə inanıram"
- De Bleker: "Hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər" - Müsahibə
- Bosniyada səkkiz, Moldovada altı qol
- "Qalatasaray"ın sabiq futbolçusu I Liqa klubunu çalışdıracaq
0
0