Mertensə ərəblərdən təklif var
24.01.2024 - 00:58

"Qalatasaray"ın belçikalı ulduzu Dris Mertens karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az "Fotomaç"a istinadən xəbər verir ki, futbolçuya “Əl-İttihad”dan təklif gəlib.
36 yaşlı yarımmüdafiəçi hələ ki, ərəb klubuna konkret cavab verməyib.
Xatırladaq ki, Mertens “Gent”, “Utrext”, PSV, “Napoli”də oynadıqdan sonra 2022-ci ildə “Qalatasaray”a keçib.
Onun Türkiyə nəhəngi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
- Onun üçün bir mikrorayonun pulunu vermişdilər: "Bakıda çoxlu..."
- 8 boksçumuz 1/4 finalda
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Minifutbol üzrə Avropa çempionatı Azərbaycanda keçirilə bilər
- Azərbaycan kubokunun oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq
0
0