Məşhur futbolçu vərəmə tutuldu
25.03.2025 - 15:33
Niderland təmsilçilərindən PSV-nin futbolçusu Lukas Peres ağır xəstəliyə yoluxub.
Apasport.az xəbər verir ki, təcrübəli hücumçuda vərəm aşkarlanıb.
İndiyədək PSV-də cəmi 13 dəqiqə oynaya bilən futbolçunun mövsümün sonuna qədər oynaya bilməyəcəyi açıqlanıb.
Xəstəlik aktiv mərhələdə olduğu üçün 36 yaşlı ispaniyalı digər futbolçulardan təcrid olunub və antibiotik müalicəsinə başlayıb.
Qeyd edək ki, Peres 2025-ci ilin fevralında İspaniyanın ikinci liqa komandası "Deportivo"dan PSV-yə transfer olunub. O, Erediviziyada 2 matçda cəmi 16 dəqiqə çıxış edib.
- Azərbaycan Kuboku: Final matçının təyinatları açıqlanıb
- Daha 3 boksçumuz Avropa birinciliyində mərhələ ADLAYIB
- “İnter” xal fərqini minimuma endirdi
- Millimiz Estoniyanı Bakıda yox, bu şəhərdə qəbul edəcək - ÖZƏL
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
0
0