Messi: "Bütün arzularımı gerçəkləşdirdim"
18.10.2024 - 12:54
“İnter Mayami”nin futbolçusu Lionel Messi açıqlama verib.
Apasport.az xəbər verir ki, “Marca”ya danışan argentinalı hücumçu karyerası haqda fikirlərini bölüşüb:
“Bütün arzularımı reallaşdırdım. Uşaqlıqdan istədiyim çox şeyə nail oldum. Bir futbolçunun ən böyük arzusunu – dünya çempionatını qazandım. Həyatımın klubu “Barselona” ilə çoxlu titullara sahib oldum, həm PSJ-də, həm də “İnter Mayami”də çempionluq yaşadım. İndi daha çox şeyə nail olmaq üçün mübarizə aparıram”.
Qeyd edək ki, "Marca" nəşri Messini tarixin ən yaxşı futbolçusu seçib.
- Gəncədə III MDB Oyunlarına test xarakteri daşıyan güllə atıcılığı üzrə çempionat keçirilir
- "Qarabağ" və "Neftçi"də oynayan futbolçu 6-cı liqa klubuna keçib
- Poqba yaşıl meydanlara qayıdır
- Qurban Qurbanov: “Bu epizodla mənim etdiyim fair-playi yan-yana qoymayın” - MÜSAHİBƏ
- “Sabah” Türkiyədə çempion oldu
0
0