"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu "Toronto" ilə qarşılaşmada birinci hissənin sonunda qol vuraraq hesabı bərabərləşdirib - 1:1.
Beləliklə, o, klub tarixinin ən məhsuldar oyunçusu olub. Messi indiyə qədər "İnter Mayami"də 24 qol və 20 məhsuldar ötürməyə imza atıb.
Lionel Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir.Argentinalı forvardın "İnter"lə hazırkı müqaviləsi bu ilin sonunda başa çatacaq. PSJ və "Barselona"nın keçmiş ulduzu cari mövsümdə 8 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sərxan Hacıyev: “Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı"
- Yeganə qol "Sumqayıt"a qələbə üçün kifayət etdi - YENİLƏNİR
- Fransadan 39 ilin rekordu
- Ülvi İsgəndərov: "Qarşıdakı matç ən çətin oyunlardan biri olacaq" - Müsahibə
- Juninyo komandasına qələbə qazandırdı, matçın ən yaxşısı seçildi - VİDEO