Messi kubok sayında Alveşə yaxınlaşdı
01.08.2022 - 11:03
Lionel Messi karyerasında 41-ci kuboku qazanıb.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduzun komandası PSJ Fransa Superkubokunun qalibi olub.
Paris təmsilçisinin “Nant” üzərində 4:0 hesabı ilə qalib gəldiyi həlledici görüşdə 35 yaşlı hücumçu 1 qola imza atıb. İndi Leo yalnız sabiq komanda yoldaşı Dani Alveşdən geri qalır. Bu yay “Barselona”dan “Pumas”a keçən braziliyalı müdafiəçi karyerasında 46 titulla rekordçudur.
Qeyd edək ki, PSJ-yə ötən il “Barselona”dan keçən Lionel Messi Paris klubu ilə Fransa çempionu da olub.
- Taleh Nəsibov: “İstədik ki, Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”
- “Neftçi”nin pley-offdakı mümkün rəqibi müəyyənləşdi
- “Almaniyada qol vurmaq “Qarabağ”ın gücünə görədir” – MÜTƏXƏSSİS
- Gürcüstan Avropa çempionatında Portuqaliyanı məğlub etdi
- Matçdan sonra gərginlik: Azarkeş Burak Yılmazı əsəbiləşdirdi - VİDEO
0
0