Ər-Riyadda "Əl-Nəsr" və "Əl İttihad" klublarının futbolçularından təşkil olunacaq komandanın Fransanın PSJ klubu ilə yoldaşlıq oyununa xüsusi biletin ilkin qiyməti açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, yanvarın 19-da Səudiyyə Ərəbistanının paytaxtında baş tutacaq görüş üçün hərrac 2,5 milyon avrodan yuxarı məbləğlə başlayıb.
Superulduzlar - Kriştiano Ronaldo və Lionel Messinin də iştirakı gözlənilən matçın biletini əldə etmək istəyən 1 azarkeş artıq verə biləcəyi məbləği təklif edib. Səudiyyə Ərəbistanından olan iş adamı Müşrif Əl Qamdi bunun üçün 2,66 milyon avrosundan keçməyə hazır olduğunu bildirib. Hərrac yanvarın 17-də başa çatacaq.
Xüsusi biletə sahib olacaq azarkeş yoldaşlıq oyunundan sonra mükafatlandırma mərasimində iştirak etmək, soyunub-geyinmə otağına daxil olaraq hər iki ulduzla görüşmək imkanı əldə edəcək.

- Kvirkveliya: “1500 mesaj yazıblar ki, "Neftçi"yə keçidin doğrudurmu?"
- Sənan Qurbanov: “Cavab oyununda tam başqa "Neftçi" görəcəyik” - MÜSAHİBƏ
- "Sumqayıt" Azərbaycan millisinin üzvü ilə anlaşıb
- "Liverpul"un sabiq futbolçusu Yunanıstan klubuna keçib
- Rəşad Sadıqov: “Bəlkə də ədalətli nəticə heç-heçə idi"