Messi və Ronaldonun duelinin vaxtı dəqiqləşdi
12.12.2023 - 13:02
![Messi və Ronaldonun duelinin vaxtı dəqiqləşdi](https://ww3.apasport.az/storage/news/2023/december/12/big/6578202a889cb6578202a889cc17023713706578202a889c96578202a889ca.jpg)
“İnter Mayami” və “Əl-Nəsr” arasında yoldaşlıq oyununun vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, bunu MLS təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Lionel Messinin formasını geyindiyi ABŞ klubu Səudiyyə Ərəbistanında iki matça çıxacaq. Hər iki qarşılaşma Ər-Riyadda baş tutacaq.
Yanvarın 29-da “İnter Mayami”nin rəqibi “Əl-Hilal” olacaq. Fevralın 1-də isə Messinin komandası Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr”lə qarşılaşacaq.
0
0