Messi yeni mükafat alıb
17.04.2024 - 12:33

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də həftənin futbolçusu seçilib.
Apasport.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, MLS-in 8-ci turunda Xerardo Martinonun komandası “Sportinq Kanzas”la qarşılaşıb.
Məhsuldar keçən görüşdə "İnter Mayami" 3:2 hesablı qələbəsini bayram edib. Oyun zamanı Messi aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Qeyd edək ki, 36 yaşlı argentinalı cari mövsüm MLS-də 5 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Stanislav Çerçesov: "Qarabağ" qələbəyə layiq idi"
- "Neftçi", "Sumqayıt" və "Sabah"ın gənclərindən qələbə
- Omar Hani: "Bütün futbolçular “Qarabağ” və “Neftçi”də oynamaq istəyər"
- "Səbail"in kapitanı: "Nəticələr ürəkaçan deyil, Cavid Hüseynov gəldikdən sonra..."
- Xorvatiya millisinin futbolçuları neofaşist mahnı oxuyub
0
0